Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 08:09
Bir qrup İspaniya alimləri koronavirusun yeni simptomunu aşkar ediblər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "JAMA Dermatology" jurnalında dərc olunan məqalədə bildirilib.
Mütəxəssislər müşahidələr aparılan xəstələrin 29%-nin ağız boşluğunda enantema - selikli qişada güclü səpki aşkar ediblər.
Ümumilikdə 40 yaşdan 69 yaşa qədər 21 xəstə bu eksperimentdə iştirak edib. Bildirilir ki, bu əlamət COVID-19-un digər simptomlarından təxminən iki gün əvvəl ortaya çıxıb.
Alimlər simptomun bütün xəstələr arasında nə dərəcədə geniş yayıldığını hələ müəyyən edə bilməyiblər. Əksər hallarda bu, təhlükəsizlik texnologiyası baxımdan mürəkkəb iş hesab olunur ki, bu da xəstələrin ağız boşluğunun müayinəsində çətinlik yaradır.