Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 17:12
Bakı. Trend:
“Louis Vuitton Moët Hennessy” modalar evinin sahibi, fransalı Bernar Arno sərvəti 100 milyard dollar səviyyəsini keçən üçüncü şəxs olub.
Trend-in məlumatına görə, onun sərvəti 100,4 milyard dollara bərabərdir.
Təkcə son sutka ərzində B.Arno 3 milyard dollar zənginləşib.
Milyarderlər reytinqində Bernar Arno yalnız “Amazon”un təsisçisi Ceff Bezos (119 milyard dollar) və “Microsoft”un keçmiş rəhbəri Bill Geytsdən (106 milyard dollar) geri qalır.
Qeyd olunur ki, Bernar Arnonun sərvəti Fransanın ümumi daxili məhsulunun 3 faizinə bərabərdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin