Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyinin elektron ünvanına döyüşə getmək üçün 7 mindən çox məktub göndərilib

Müdafiə Nazirliyinin elektron ünvanına döyüşə getmək üçün 7 mindən çox məktub göndərilib

Tarix: 18 Iyul 2020 19:56

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ordumuzun generalı, yüksək rütbəli hərbi qulluqçuları düşmən ordusundakından fərqli olaraq əsgərlərimizin önündə gedirdi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Vaqif Dargahlı deyib ki, Azərbaycan Ordusunun hər bir zabiti, giziri, əsgəri öz arxasında Azərbaycan xalqını gördü, dayağını hiss etdi. İyulun 13-dən 17-dək 7 mindən artıq vətəndaşımız hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinin rəsmi elektron poçt ünvanına məktub göndərib".

Döyüşlər zamanı hərbçilərimiz arasında yaralıların da olduğunu deyən V.Dərgahlı qeyd edib ki, onlar hərbi tibb müəssisələrində müalicə alırlar. Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq. Əminik ki, onlar tez bir zamanda sıralarımıza qayıdacaqlar. Yaralıların müalicəsi həkim nəzarəti altında davam etdirilir. Hərbi həkimlərimizin də fədakarlığını xüsusi vurğulamaq lazımdır.


Etiketlər:  Müdafiə Nazirliyinin elektron ünvanına döyüşə getmək üçün mindən çox məktub göndərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ