Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus vaksinin ilk nəticəsi açıqlandı - Güclü immun, yorğunluq və əzələ ağrısı

Koronavirus vaksinin ilk nəticəsi açıqlandı - Güclü immun, yorğunluq və əzələ ağrısı

Tarix: 18 Iyul 2020 22:06

ABŞ-da daha bir şirkətin hazırladığı koronavirus vaksinin sınağı ilə bağlı ilk detallar açıqlanıb.

Milli.Az "BakuPost"a istinadən bildirir ki, "New England Journal of Medicine" jurnalında dərc edilən yazıda qeyd edilir ki, erkən sınaq mərhələsində olan vaksin güclü immunitet yaradılmasına kömək göstərə bilib.
Sınaqlarda 18-55 yaş arasında olan 45 sağlam şəxs iştirak edib. Onlara "Moderna" vaksinin 3 dozası vurulacaq. Artıq iki mərhələ geridə qalıb.

Bəzi antitellər ilk dozadan sonra yaranmağa başlayıb. Ancaq 4 həftədən sonra ikinci dəfə peyvənd edilib. Bundan sonra bütün könüllülərdə güclü immunitet yaranıb.

Vaksinin əks təsirləri də məqalədə yer alıb. Belə ki, iynə vurulan şəxslərdə yorğunluq, əzələ yağrısı hiss edilib.

İyulun 27-də vaksinin üçüncü mərhələ sınağı başlayacaq.

Milli.Az


Etiketlər:  Koronavirus vaksinin ilk nəticəsi açıqlandı Güclü immun yorğunluq əzələ ağrısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ