Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' hücum xəttini gücləndirir

''Yuventus'' hücum xəttini gücləndirir

Tarix: 20 Iyul 2020 19:50

"Atalanta"nın hücumçusu Duvan Zapata İtaliyada klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Yuventus" hücum xəttini 29 yaşlı oyunçu ilə gücləndirmək niyyətindədir.

Turinlilər uzun müddətdir Kolumbiya millisinin üzvünü izləyir. "Qoca sinyora" onun transferi müqabilində qarşı tərəfə 30 milyon avro və qapıçı Matteo Perini təklif edib.

Bu sövdələşmə gerçəkləşərsə, "Atalanta" qapıçısı Pyerluici Qollinini satacaq. Zapata cari mövsüm A seriyasında iştirak etdiyi 24 oyunda 17 qol vurub.

Milli.Az


Etiketlər:  Yuventus hücum xəttini gücləndirir


RƏYLƏR