Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Snapdragon 875G nə vaxt gələcək?

Snapdragon 875G nə vaxt gələcək?

Tarix: 21 Iyul 2020 08:36

Snapdragon 865 Plus prosessorunun təqdimatından 1 həftə sonra insayderlər Qualcomm şirkətinin təqdim olunacaq yeni məhsullarının cədvəlini əldə ediblər. Bu məlumat sızıntısı vasitəsilə Snapdragon 875G flaqman prosessorunun və şirkətin digər modellərinin nə zaman təqdim olunacaqları məlum olub. Bu barədə Gizmochina saytı xəbər verib. Qualcomm şirkətinin bu cədvəlini çinli insayderlərdən biri Weibo sosial şəbəkəsində paylaşıb. Fotoya əsasən bu ilin dördüncü rübündə şirkət orta və ultrabüdcəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 662 və Snapdragon 460 modellərini təqdim edəcək.

Snapdragon  875G flaqman prosessor modeli 2021-ci ilin əvvəlində büdcəli Snapdragon 435G seriyası ilə birlikdə istifadəyə veriləcək. Gələn ilin ikinci rübünün əvvəlində və ya sonunda şirkət Snapdragon 735G modelini təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən Snapdragon 875G və Snapdragon 735G prosessorlarının performans göstəriciləri əvvəlki modellərdən 10% yüksək, enerji sərfiyyatları isə 20% aşağı olacaq.

Milli.Az


Etiketlər:  Snapdragon 875G vaxt gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ