Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-la mübarizə aparan səhiyyə işçilərinə mobil rabitədə güzəşt ediləcək

COVID-19-la mübarizə aparan səhiyyə işçilərinə mobil rabitədə güzəşt ediləcək

Tarix: 21 Iyul 2020 12:56

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Səhiyyə Nazirliyinin müraciəti əsasında koronavirus infeksiyası (COVID-19) ilə mübarizə aparan səhiyyə işçilərinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, respublikanın fəaliyyət göstərən mobil operatorları “Azercell Telekom” MMC, “Azerfon” MMC (Nar) və “Bakcell” MMC nazirliyin dəstək çağırışına qoşulub.

Belə ki, adıçəkilən şirkətlər artıq bu istiqamətdə yeni sosial məsuliyyət tədbirinə start verib. Müvafiq mobil operatorlar “COVID-19”la mübarizədə xalqımızın sağlamlığının keşiyində dayanan 1200-ə yaxın tibb işçisinin mobil nömrəsinə 3 ay ərzində hər ay hədiyyə balans yükləyəcək.

Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. Adıçəkilən mobil operatorlar dünyada və ölkəmizdə hökm sürən pandemiya şəraitində bundan öncə də həkimlərimizə öz dəstəyini göstərib.

Həkimlərin siyahısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Səhiyyə Nazirliyi tərəfindən təqdim edilib.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bundan sonra da bu tip sosial aksiyaların keçirilməsində istənilən çağırışa və müraciətə dəstək göstərəcək.


Etiketlər:  COVID mübarizə aparan səhiyyə işçilərinə mobil rabitədə güzəşt ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ