Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda uşaq “vergiliyəm” deyən valideyni tərəfindən ölümə məhkum edildi - FOTO

Bakıda uşaq “vergiliyəm” deyən valideyni tərəfindən ölümə məhkum edildi - FOTO

Tarix: 22 Iyul 2020 11:06

Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib.

Sonxeber.net xəbər verir ki, bunu oxu.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib:

"Ailə Xəzər rayonu, Binə qəsəbəsində səfalət içində yaşayır. Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb. Ana ruhi xəstədir. Deyir "Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz". Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var.

Dünən qonşu azyaşlı uşağı məcburi şəkildə xəstəxanaya yerləşdirib".

K.Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırış edib:

"Komitəyə səslənirəm. Bu qurum son vaxtlar çox aktiv şəkildə çalışır. Onların köməyilə neçə uşağı ağır vəziyyətdən xilas etmişik".


Etiketlər:  Bakıda uşaq vergiliyəm deyən valideyni tərəfindən ölümə məhkum edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ