Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 18:32
"CFR Kluj"un baş məşqçisi Dan Petresku koronavirusa yoluxub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis bu gün xəstəxanaya yerləşdiriləcək. Onun ən azı iki gün xəstəxanada qalacağı bildirilib.
Qeyd edək ki, D.Petresku ötən ildən Rumıniya təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda yüksək liqada pley-off mərhələsindədir və ikinci pillədə qərarlaşıb.