Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngi 4 il qabaq tapan test hazırlandı

Xərçəngi 4 il qabaq tapan test hazırlandı

Tarix: 22 Iyul 2020 21:51

ABŞ və Çindən olan bir qrup alim xərçəng xəstəliyini dörd il öncədən müəyyən edən test hazırlaya bilib.

"Nature Communications" jurnalında yeer alan məqalədə qeyd edilir ki, bu test hər hansı simptomun meydana çıxmasından illər öncə insanın gələcəkdə bu ağır xəstəliklə üzləşib-üzləşməyəcəyini deyə bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, test xərçəngin 5 əsas növünü müəyyən edə bilir. Bunların arasında mədə, həzm sistemi, ciyər və s. var.

Testin müəllimlərinin sözlərinə görə, yekun məqsədləri testdən illik ənənəvi qan analizləri zamanı istifadə edilməsidir. Mütəxəssislər qan götürdükləri şəxslərin 91 faizində həmin dövr üçün heç bir simptomi olmasa da, xərçəngi tapa biliblər. Belə ki, bu şəxslərdə qan alizindən sonrakı 4 ildə müxxtəlif xərçəng növləri diaqnostika edilib.

Bununla yanaşı onlar qeyd edirlər ki, bu test xərçəngə meyilliliyi müəyyən etməyə imkan vermir.


Etiketlər:  Xərçəngi qabaq tapan test hazırlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ