Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 08:38
İyulun 22-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8221 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 649 min 953-ə çatıb.
Bu barədə Sonxeber.net-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7805-ə bərabərdir. Xəstələrdən 322 nəfəri reanimasiyadadır ki, onlardan da 65-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyulun 22-də Azərbaycanda koronavirus infeksiyasına daha 391 yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.