Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 19:21
Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağıran bəyanatlar verilib. Bu bəyanatlar, o cümlədən Rusiyanın Prezident Administrasiyası və XİN tərəfindən də verilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
M. Zaxarova xatırladıb ki, Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə təcili təmasları olub: "Bu həftə isə Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə vəziyyəti müzakirə edib. Moskva hərbi qurumlar vasitəsilə də əməkdaşlıq həyata keçirir. Bu haqda demişik. İrəvan və Bakı atəşkəs və danışıqlar prosesinin bərpa edilməsi ilə bağlı fərqli təşəbbüslərlə çıxış edir. Bunu tərəflərlə müzakirə edirik. Ümid edirik ki, beynəlxalq səfərlərə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılandan sonra münaqişənin nizamlanması ilə bağlı kompleks məsələlərin predmetli müzakirəsi üçün imkan yaranacaq".