Tarix: 24 Iyul 2020 16:00
"Neftçi"yə menecerimin vasitəçiliyi ilə gəlmişəm. Daha sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadır. Bu isə təklifi qəbul etməyimdə kömək oldu". Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Rener Alves De Souza klubun televiziyasına müsahibəsində deyib.
Braziliyalı müdafiəçi "Neftçi" Avropadakı ilk klubu olduğunu bilidirib: "Avropa Liqasındakı çıxışlarımızdan çox şey gözləyirəm. İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq".
19 yaşlı futbolçu şəxsi hədəfləri barədə də danışıb: "Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdir. Ən böyük arzularımdan biri isə Braziliya milli komandasında oynamaqdır. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam".
Qeyd edək ki, "Neftçi" Rener Alves De Souza ilə 2+1 illik müqavilə imzalayıb.