Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 17:48
Bakı. Ayşəm Rüstəmova - Trend:
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerləri mütəmadi təlimlərə cəlb edir.
Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
V.Hüseynov bildirib ki, nazirlik əməkdaşları yerlərdə fermerlərin təlimlərə olan ehtiyacını dəqiqləşdirir: "Mövcud ehtiyaclara uyğun olaraq fermerlər təlimlərə cəlb olunur. Təlimlər bitkiçilik, heyvandarlıq, texniki nəzarət, fitosanitar tədbirlər və sair istiqamətləri əhatə edir. Burda səpində müasir innovativ üsullardan istifadə etmək, aqrotexniki qaydalara, təqvimə riayət etməklə bağlı mütəmadi maarifləndirmə işləri həyata keçirilir".
Şöbə müdirinin sözlərinə görə, ötən ilin noyabr ayından başlayaraq bu günə qədər ən müxtəlif sahələr üzrə təlimlər keçirilir: "Yerlərdən aldığımız məlumatlar göstərir ki, fermerlərin bu təlimlərə ciddi ehtiyacı var. Aparılan təlimlər, maarifləndirmə işləri nəticəsində biz ən müxtəlif sahələr üzrə məhsuldarlığın artırılmasına nail olacağıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin