Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 15:54
Bakı. Trend:
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsjndə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 13-cü Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.