Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Professor: ''Bunlara əməl olunsa, yoluxma sayı azalacaq, virus sönəcək''

Professor: ''Bunlara əməl olunsa, yoluxma sayı azalacaq, virus sönəcək''

Tarix: 25 Iyul 2020 20:51

"Hər kəs özünün həkimi olmalıdır. İnsanlar dövlət tərəfindən qoyulmuş bütün qaydalara riayət etsinlər".  

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının  müdiri İbadulla Ağayev deyib.

O bildirib ki, gigiyenik normativlər var və insanların bunlara əməl etməsi vacibdir: "Gigiyenik normativlər bu gün kəşf olunmayıb, bu, tarix boyu olub. Hər bir insan qaydalara riayət etməli, maska taxmalı, xəstələndiyi zaman həkim çağırmalıdır. Yoluxma sayının azalması ancaq əhalidən asılıdır. İnsanlar qaydalara riayət etsə, sayda azalma olacaq. Dövlət bundan artıq heç nə edə bilməz. Əhalinin sağlamlığı üçün dövlət tərəfindən bütün imkanlardan istifadə edilir. Amma bəzi insanlar hələ də virusa inanmırlar. Əgər koronavirus yoxdursa, bəs xəstəxanalara yerləşdirilən bu qədər xəstə hardan gəlir?"

İ. Ağayev əhalidən bir daha xahiş edib ki, gigiyenik normativlərə əməl etsinlər: "Evdən lüzumsuz çıxmayın, heç kimlə kontaktda olmayın. Bu müddət ərzində qohumlarınızla da əlaqə saxlamayın. Evdən çıxaraq digərlərini yoluxdurmayın. Yoluxma ehtimalı çoxdur. İcazə alıb mağazaya gedəndə maskadan istifadə edin, ara məsafəni gözləyin. Bunlara əməl olunsa, yoluxma sayı azalacaq, virus sönəcək. Hələ tibb elmi bu qədər inkişaf etmədiyi dövrdə də yoluxucu xəstəliklərlə mübarizə aparılıb. Amma yoluxucu xəstəliklərin qarşısını tam almaq olmur. Cəmiyyət varsa, bu problem də var. Pandemiyaların tarixini baxanda görürük ki, 8-12 ildən bir dünyada belə pandemiyalar olur. Hər bir fəslin geyimi var. İnsanlar fəslə uyğun geyinməli, öz həkimi olmalı, özünü qorumalıdır. Müəyyən vaxt lazımdır. Əhali qaydalara riayət etsə, virus sönüb gedəcək. Artıq müəyyən irəliləyişlər var".


Etiketlər:  Professor Bunlara əməl olunsa yoluxma sayı azalacaq virus sönəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ