Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

Tarix: 26 Iyul 2020 07:04

Bakı. Trend:

Türkiyənin Tunceli vilayətində xüsusi əməliyyat zamanı "Savaş Firat" kod adı ilə PKK terrorçusu Yahya Atmaca zərərsizləşdirilib.

Trend-in məlumatına görə, Y.Atmaca axtarılan terrorçuların siyahısındakı "narıncı" kateqoriyasına salınmışdı.

Cinayətkarın tutulması üçün təxminən bir milyon türk lirəsi mükafatı vəd edilmişdi.

Xatırladaq ki, müstəqil kürd dövlətinin yaradılmasını tələb edən Türkiyə ilə PKK arasındakı münaqişə 35 ildən çoxdur davam edir və 40 mindən çox insanın həyatına son qoyub. BMT və Avropa Birliyi PKK-nı terror təşkilatı olaraq tanıyıb.


Etiketlər:  Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR