Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçu klub rəhbərliyinə gətirildi

Məşhur futbolçu klub rəhbərliyinə gətirildi

Tarix: 26 Iyul 2020 14:58

"Real"ın və İspaniya millisinin sabiq futbolçusu Fernando Moryentesin yeni iş yeri məlum olub.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, o, İtaliyanın "Rasinq Kapri" klubunda texniki direktor vəzifəsinə təyin olunub. 44 yaşlı mütəxəssisin səlahiyyətlərinə perpektivli gənc futbolçuların axtarışı daxil olacaq.

Xatırladaq ki, F.Moryentes "Real"la yanaşı "Monako", "Liverpul", "Valensiya", "Marsel" kimi komandalarda da çıxış edib. O, 2012-2014-cü illərdə "Real"ın gənclərdən ibarət komandasını çalışdırıb.
 


Etiketlər:  Məşhur futbolçu klub rəhbərliyinə gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ