Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Satoşi Nakamotoda neçə BTC var?

Satoşi Nakamotoda neçə BTC var?

Tarix: 26 Iyul 2020 18:36

İnternetdə ilk dəfə bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk kriptovalyuta 2009-cu il yanvarın 3-ü (genesis block) yaradlıb. İlk kriptovalyutanın yaradıcısı - Satoşi Nakamoto hesab edilir. Onun kimliyi və bitcoin-in yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb "genesis block"-un heşində The Times nəşrindən olan "Chancellor on brink of second bailout for banks"  adlı başlığının olmasıdır.

Satoşi Nakamoto ilk kriptovalyutanın yaradıcısı olaraq yanvar-iyul 2009-cu il dövrü ərzində 1 milyon bitcoin mayninq edib. Son araşdırmalara əsasən məlum olur ki, Satoşi daha çox bitcoin mayninq edə biləcəyini halda digər maynerlərə "blok tapmaq" imkanı yaratmaq üçün mayninq prosesini bilərəkdən "tormozlaşdırıb". Reallıqda isə Satoşinin nə qədər BTC-yə sahib olduğu hələ də məlum deyil.

Təhlükəsizlik üzrə tədqiqatçı Sergio Demian Lerner 1 yanvar 2009-cu il və 25 yanvar 2010-cu il tarixləri arasında (1-dən 36288-ə qədər bloklar) mayninq edilmiş blokları analiz edərək onlardan hansılarının eyni şəxs tərəfindən mayninq edildiyini müəyyən etməyə çalışmışdı. 2019-cu ilin aprel ayında dərc edilən hesabata əsasən Larener müəyyən edib ki, bir mayninq avadanlığı vasitəsi ilə 22.000 blok (1.1 milyon BTC) mayninq edib. Larner həmin mayninq avadanlığı tərəfindən mayninq edilmiş blokların strukturunu təsvir etmək üçün "Patoshi Pattern" terminini fikirləşib. Bununla da müəyyən edib ki, həmin avadanlıq bitcoin mayninq edən ilk mayner olan - Satoşi Nakamotaya aiddir.

Milli.Az


Etiketlər:  Satoşi Nakamotoda neçə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ