Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ermənilərinin neçə faizi azərbaycanca bilir? - Rəsmi STATİSTİKA

Azərbaycan ermənilərinin neçə faizi azərbaycanca bilir? - Rəsmi STATİSTİKA

Tarix: 27 Iyul 2020 16:26

Əldə olan son statistikaya görə, Azərbaycan əhalisinin 98,4 faizi öz millətinin dilini ana dili sayanlardır.

Sonxeber.net xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) modern.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsünə dair məlumatlar sonuncu dəfə 2009-cu il əhalinin siyahıyaalınması zamanı qeydə alınıb. Yeni statistika isə 2022-ci ildə ictimaiyyətə açıqlanacaq. Hazırda son məlumatlar emal mərhələsindədir.

Qeyd edək ki, 2009-cu ildə əhali sayı 8922,4 min nəfər olub. 2020-ci il iyun ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisi 10089853 təşkil edir.

Son məlumata görə, ölkə vətəndaşları olan azərbaycanlıların 99,7 faizi, ləzgilərdən 90,1 faizi, ermənilərdən 99,9 faizi öz millətinin dilini ana dili sayır. Rəsmi məlumata görə, həmin dövrdə ermənilərin (Dağlıq Qarabağda və ümumilikdə ölkədə yaşayan-red.) cəmi 0,2 faizi Azərbaycan dilində sərbəst danışa bilib. Yəqin ki, sonuncu yeni statistikada bu faiz göstəriciləri dəyişəcək. Çünki təkcə sosial şəbəkə istifadəçiləri arasında Azərbaycan dilində sərbəst yazıb-oxuyan ermənilərin olduğu istisna deyil...

Dövlət Statsitika Komitəsində mövcud olan son məlumatlarını təqdim edirik:

 

Milli tərkib

Milli mənsubiyyətə görə əhalinin sayı, min nəfər

onlardan öz millətinin dilini ana dili sayanlar, faizlə

Əhalinin sərbəst danışdığı dillər, faizlə 1) 

 

öz millətinin dili 

azərbaycan dili

rus dili

ingilis dili

 

Əhalinin sayı - cəmi

8922,4

98,4

98,8

98,6

7,6

0,8

 

o cümlədən:

 
 

azərbaycanlılar

8172,8

99,7

99,9

-

6,7

0,8

 

ləzgilər

180,3

90,1

91,7

96,3

23,7

0,7

 

ermənilər

120,3

99,9

99,9

0,2

0,1

0,0

 

ruslar

119,3

98,9

99,2

42,9

-

0,9

 

talışlar

112,0

42,5

43,0

99,8

5,9

0,2

 

avarlar

49,8

93,3

94,1

99,4

18,1

0,2

 

türklər

38,0

83,7

85,5

99,7

11,0

0,6

 

tatarlar

25,9

93,2

93,6

22,7

12,1

0,5

 

tatlar

25,2

75,4

76,5

99,8

9,0

0,2

 

ukraynalılar

21,5

97,6

97,7

5,6

3,7

0,1

 

saxurlar

12,3

95,3

96,2

99,2

9,9

0,2

 

gürcülər

9,9

97,8

98,0

79,5

21,4

0,5

 

yəhudilər

9,1

93,5

94,1

45,6

19,3

0,6

 

kürdlər

6,1

36,1

51,9

99,9

6,4

0,1

 

udinlər

3,8

99,3

99,3

99,6

60,9

0,6

 

xınalıqlar

2,2

97,4

97,5

99,9

0,9

0,1

 

qrızlar

4,4

28,5

28,9

100,0

8,5

0,3

 

digər millətlər

9,5

80,5

82,9

62,4

20,0

4,3

           
 

1) Əhalinin sərbəst danışdığı dillər üzrə məlumatlar müvafiq millətlər üzrə 3 və yuxarı yaşlı  əhaliyə nisbətən faizlə verilib.

                       
 


Etiketlər:  Azərbaycan ermənilərinin neçə faizi azərbaycanca bilir Rəsmi STATİSTİKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ