Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 18:48
"Barselona"nın prezidenti Josep Maria Bartomeu komandanın kapitanı Lionel Messinin gələcəyi haqda danışıb.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, argentinalı hücumçunun komandada qalacağına inandığını deyib: "Messi bir neçə dəfə karyerasını "Barselona"da başa vurmaq istədiyini söyləyib. Onun yeni müqavilə imzalayacağından şübhəm yoxdur".
Qeyd edək ki, Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun adı bir çox Avropa klubu ilə hallanır.