Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnformasiya təhlükəsizliyi bazarının həcmi pandemiya dövründə yüksələcək

İnformasiya təhlükəsizliyi bazarının həcmi pandemiya dövründə yüksələcək

Tarix: 28 Iyul 2020 08:16

"Canalys" analitik iqtisadiyyatın bir çox sahələrinə dağıdıcı təsir göstərən "COVID-19" koronavirus pandemiyasına baxmayaraq, 2020-ci ildə qlobal informasiya təhlükəsizliyi bazarının həcmi yüksələcək.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, onların fikrincə, ən yaxşı senaridə 2020-ci ilin nəticəsinə görə qlobal kibertəhlükəsizlik xərcləri 5,6% artaraq 43,1 milyard dollar təşkil edəcək. Ən pis senaridə isə informasiya təhlükəsizliyi bazarının həcmi 2,5% artaraq 41,9 milyard dollar təşkil edəcək.

İnformasiya təhlükəsizliyi bazarı haqqında danışan mütəxəssislər "endpoint security" müdafiəsi, şəbəkə təhlükəsizliyi, elektron poçt, veb-trafik və məlumatların qorunması, kibertəhlükəsizliyin təhlili və informasiya itkilərinin müdafiəsi üçün texnologiyaları nəzərdə tuturlar.


Etiketlər:  İnformasiya təhlükəsizliyi bazarının həcmi pandemiya dövründə yüksələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ