Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tesla yeni zavod quracaq

Tesla yeni zavod quracaq

Tarix: 28 Iyul 2020 21:12

Tesla şirkəti Austin, Texas rayonunda yeni montaj zavodunu quracaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəhbəri Elon Musk bildirib.

Onun sözlərinə görə, yeni zavodda Cybertruck, eləcə də Model Y avtomobilləri istehsal olunacaq.

Qeyd edək ki, Tesla-nın avtomobil konserni 2020-ci ilin ikinci rübündə 104 milyon ABŞ dollar mənfəət əldə edib.

Xatırladaq ki, daha əvvəl Elon Musk Tesla şirkətinin əsas filialını Kaliforniyadan Texas və ya Nevada-ya köçürməyi planlaşdırdığını demişdi.

Milli.Az


Etiketlər:  Tesla yeni zavod quracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ