Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google köhnə smartfonları dəstəkləməyəcək

Google köhnə smartfonları dəstəkləməyəcək

Tarix: 28 Iyul 2020 21:24

Google Android Go əməliyyat sisteminin yayılma qaydalarını radikal şəkildə dəyişdirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google Android OS-nin yayılma qaydalarına dəyişikliklər edərək 512Mb operativ yaddaşla təchiz olunmuş smartfon dəstəyini tamamilə dayandırmağı planlaşdırır.

Məlumata əsasən, 2020-ci ilin 4-cü rübündən etibarən, o vaxta qədər 11 versiyasına qədər yenilənəcək Android Go OS 512 Mb operativ yaddaşlı smartfonlarda  tam işləməyəcək. Google bu cür cihazların dəstəklənməməsini Google Mobile xidmətlərini dayandıraraq həyata keçirəcək.

Qeyd edək ki, dəyişikliklər Android 11 Go və mövcud Android 10 Go əməliyyat sistemlərinə aiddir.

Milli.Az


Etiketlər:  Google köhnə smartfonları dəstəkləməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ