Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu rayonda son günlər koronavirusa yoluxma qeydə alınmayıb

Bu rayonda son günlər koronavirusa yoluxma qeydə alınmayıb

Tarix: 29 Iyul 2020 12:36

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu rayonlardan biri də Göygöldür. Rayonun əhalisi iyulun 5-dən sərt karantin rejiminin tələblərinə uyğun yaşayır. Görülən tədbirlər artıq nəticə verir. Son günlərdə rayonda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Bu barədə AzTV-yə açıqlamasında mobil qrupun üzvü Araz Hacıyev bildirib.

O, qeyd edib ki, mobil qrup əhali arasında marifləndirmə işləri aparır:

“Rayonda sanitar-epidemioloji vəziyyətə nəzarət etmək üçün 50 mobil qrup və 20 mobil polis postları yaradılıb. Xüsusən insanların zərurət olduğu halda sms icazəsi ilə küçəyə çıxmağı və maska taxmaqlarına nəzarət olunur. Rayon sakinləri isə bu qaydalara əməl edirlər”.


Etiketlər:  rayonda günlər koronavirusa yoluxma qeydə alınmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ