Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kante A Seriyasına keçir

Kante A Seriyasına keçir

Tarix: 29 Iyul 2020 18:40

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını İtaliyada davam etdirə bilər.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu ilə İnter maraqlanır.

Məlumata görə, London klubu da oyunçunun satılmasına müsbət yanaşır. Rəhbərliyin Kante üçün gələn təklifləri dəyərləndirəcəyi bildirilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsüm "Çelsi"də 27 oyun keçirib və 3 qol vurub. Onun "zadəganlar"la müqaviləsi 2023-cü ilə qədərdir.


Etiketlər:  Kante Seriyasına keçir


RƏYLƏR