Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi” Kepanı icarəyə göndərir

“Çelsi” Kepanı icarəyə göndərir

Tarix: 30 Iyul 2020 11:24

İngiltərənin "Çelsi" klubu qapıçısı Kepa Arrisabalaqanı icarəyə göndərməyə qərar verib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, baş məşqçi Frank Lempardı qane etməyən qolkiperin komandasa saxlanılması məqsədəuyğun sayılmır.

Lakin London təmsilçisi Kepanı satmaq fikrindən də uzaqdır. Çünki 25 yaşlı ispaniyalının qiyməti aşağı düşüb.

"Atletik"dən 80 milyon avroya transfer olunan qapıçını ucuz qiymətə satmaq istəməyən klub rəhbərliyi 2025-ci ilədək müqaviləsi olan əlcək sahibini iki mövsümlük icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, Kepa son mövsümün 41 matçında 58 top buraxıb.

Milli.Az


Etiketlər:  Çelsi Kepanı icarəyə göndərir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR