Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 18:32
"Neftçi” baş məşqçisi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi vəzifəsinə namizədliyi təsdiqlənib. Onun daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.
Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.