Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstələrində iybilmə hissi niyə itir?

Koronavirus xəstələrində iybilmə hissi niyə itir?

Tarix: 30 Iyul 2020 22:48

ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda iybilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, COVID-19 xəstələrində iybilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.

Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 iybilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.

Qeyd edək ki, iybilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diqnostikada yüksək temperatur da əsas əlamət kimi qiymətləndirilir.


Etiketlər:  Koronavirus xəstələrində iybilmə hissi niyə itir


RƏYLƏR