Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb

Tarix: 31 Iyul 2020 03:16

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 253 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 28-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 253 793 nəfər yeni koronavirusa yoluxub, 5 999 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 16 812 755, ölənlərin isə 662 095 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 8 980 181 yoluxma və 346 554 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 307 388, ölənlərin sayı isə 212 079 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 949 850 yoluxma və 43 117 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Etiketlər:  ÜST Dünyada koronavirusa yoluxanların sayı mindən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ