Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" "Neftçi"yə qalib gəldi - Yenilənib

Tarix: 31 Iyul 2020 21:22

Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi “Neftçi” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matçda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda minimal hesabla qalib gəlib- 1:0.

19:30 "Qarabağ" – "Neftçi" - 1:0
Qol:
Bədavi Hüseynov, 50
Qəbələ şəhər stadionu

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. Avroliqa təmsilçimiz “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə udub.

 


Etiketlər:  Qarabağ Neftçiyə qalib gəldi Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ