Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zenit''də növbəti müqavilə

''Zenit''də növbəti müqavilə

Tarix: 31 Iyul 2020 19:10

"Zenit" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yuri Jirkovla müqavilənin müddətini 2020/2021 mövsümünün sonuna kimi uzadıb.

Qeyd edək ki, 36 yaşlı müdafiəçi 2016-cı ildən "Zenit"də oynayır. O, indiyə kimi 107 matçda 5 qol vurub, 15 qolun ötürməsini verib.

Xatırladaq ki, Rusiya Premyer Liqası və Rusiya kubokunda 2019/2020 mövsümünün qalibi "Zenit" bundan əvvəl Artem Dzyuba ilə yeni müqavilə imzalamışdı.

 


Etiketlər:  Zenitdə növbəti müqavilə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ