Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus kişilərdə sonsuzluğa səbəb olur? - Uroloq AÇIQLADI

Koronavirus kişilərdə sonsuzluğa səbəb olur? - Uroloq AÇIQLADI

Tarix: 31 Iyul 2020 21:27

Xəbər verdiyimiz kimi, bir çox mütəxəssis araşdırma nəticəsində bu qənaətə gəlib ki, koronavirus kişilərdə cinsi zəifliyə, hətta sonsuzluğa səbəb ola bilər.

Sonxeber.net xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinoloji Mərkəzinin Reproduktiv Texnologiyalar şöbəsinin aparıcı elmi işçisi, uroloq-androloq Sergey Boqolyubov bu xəbərlərə aydınlıq gətirib.

O, qeyd edib ki, koronavirusun kişinin reproduktiv sisteminə daxil olması asan deyil.

"İnfeksiyanın yalnız qan vasitəsilə daxil olması mümkündür. Amma bu, ağciyər toxumasına ciddi ziyan vurmaqla, yəni xəstəliyin ağır gedişi nəticəsində baş verə bilər" - ekspert qeyd edib.

Çin və Amerika alimləri belə nəticəyə gəliblər ki, xəstəliyin kəskin dövründə müayinə olunan kişilərin təxminən 15% -nin, bərpa mərhələsində isə 8%-nin spermasında COVİD-19 aşkar edilib. Virusun nə qədər davam edə biləcəyi ilə bağlı məlumat olmasa da, bu istiqamətdə daha geniş araşdırmalar tələb olunur.

Ancaq uroloq qeyd edib ki, qızdırma, bədənin intoksikasiyası, antibiotiklər və antiviral dərmanlar qəbul etmək, xəstəliyi müşayiət edən hipoksiya reproduktiv funksiyaya müəyyən təsir göstərir. (publika.az)


Etiketlər:  Koronavirus kişilərdə sonsuzluğa səbəb olur Uroloq AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ