Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' Rakitiçi satır

''Barselona'' Rakitiçi satır

Tarix: 2 Avqust 2020 15:32

"Barselona" furbolçusu İvan Rakitiçi komandadan göndərə bilər.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu müqaviləsi 2021-ci ildə başa çatacaq 32 yaşlı yarımmüdafiəçini azad agent kimi buraxmaq yox, onu 10 milyon avroya satmaq niyyətindədir. İspaniya təmsilçisi yeni mövsüm üçün heyətini cavanlaşdırmaq və maaş xərclərini azaltmağı planlaşdırır. Buna görə də "Barselona" xorvatiyalı oyunçudan gəlir götürmək şərti ilə yollarını ayırmaq istəyir.

Qeyd edək ki, İ.Rakitiç bu mövsüm 31 matça çıxaraq 1 qol vurub və 1 qolun ötürməsini verib.

 


Etiketlər:  Barselona Rakitiçi satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ