Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib

Tarix: 3 Avqust 2020 17:06

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.


Etiketlər:  Azərbaycanda daha nəfər COVID sağalıb nəfər yoluxub nəfər vəfat edib


RƏYLƏR