Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 07:44
Britaniyalı alimlər koronavirusa yoluxmanın qarşısını almaq üçün ucuz və sərfəli bir vasitə aşkar ediblər. Onlar idmançılar üçün qoxu əleyhinə vasitə və COVID-19-un virus təbiəti arasında müqayisə aparıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, cüzi miqdarda misdən istifadə etməklə virusa qalib gəlməyin mümkün olduğu məlum olub.
Britaniyanın "Copper Clothing" startapı xoşagəlməz qoxu əleyhinə daxili qoruma sisteminə malik parça və hazır geyimlər, idman uniforması və s. istehsalı ilə məşğul olur.
Daxili qoruma sistemində mikroorqanizmlərin inkişafına mane olan misin antibakterial xüsusiyyətlərindən istifadə edilir.
Mis ionları hopdurulmuş geyim mikrobları məhv edir və qoxunu təmizləyir.
Təcrübələr göstərib ki, mis ionları hopdurulmuş yeni parça onun üzərinə düşən bütün mikroorqanizmlərin 99,9%-ni məhv edir.