Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Facebook, TikTok istifadəçilərinə Reels-ə keçmək üçün pul təklif edir

Facebook, TikTok istifadəçilərinə Reels-ə keçmək üçün pul təklif edir

Tarix: 4 Avqust 2020 08:28

Çində yerləşən ByteDance şirkətinə məxsus TikTok, qadağalarla mübarizə edərkən həmçinin yeni rəqibləri ilə mübarizə aparmağa çalışır. İnstagram avqustun əvvəlində istifadəyə veriləcək Reels xüsusiyyəti üçün TikTok istifadəçilərinə pul təklif edir.

Dünyanın ən populyar video paylaşma platformalarından biri olan TikTok, ən çox istifadəçisi olduğu ikinci ölkə ABŞ-da da bağlanmaq təhlükəsi ilə üz-üzədir. Lakin bu, şirkətin potensial problemə səbəb ola biləcəyi yeganə şey deyil.

İnstagram avqustun əvvəlində qısamüddətli video xüsusiyyəti olan Reels-i yayımlayacaq. Bundan əlavə, şirkətin milyonlarla izləyicisi olan TikTok istifadəçilərinə Reels-ə keçmək üçün çox sərfəli təklifləri var.

Milli.Az techland.az-a istinadən bildirir ki, TikTok, CNBC-yə verdiyi açıqlamada istifadəçi məlumatlarını qorumağın prioritet olduğunu bildirərkən, Çin hökuməti ilə istifadəçi məlumatlarını paylaşdığı iddialarını dəfələrlə rədd etdi.

Ağ Evin məsləhətçisi Peter Navarro, keçən həftə Fox News-a verdiyi açıqlamada Donald Trump-ın TikTok və digər Çin tətbiqlərinə qarşı tədbir görəcəyini söylədi. Navarro, Amerikalı istifadəçilərin məlumatlarını Çinə, Çin ordusuna, Çin Kommunist Partiyasına və əqli mülkiyyət oğurlamaq istəyən agentliklərə satdığını iddia etdi.

TikTok-un 119 milyondan çox istifadəçisi ilə ən çox istifadə edildiyi ölkə olan Hindistan, bu yaxınlarda TikTok və digər Çinə aid tətbiqləri öz ölkələrində qadağan edib. 45 milyondan çox istifadəçisi olan ABŞ-da da qadağan ediləcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  Facebook TikTok istifadəçilərinə Reels ə keçmək üçün pul təklif edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ