Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 08:38
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Məmmədova Aygül əri ilə dava zamanı bıçaqlanıb. Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının verdiyi məlumata görə, əri evə gələrkən qadını evdə sevgilisi ilə görüb. Bu zaman qadın əri tərəfindən əvvəlcə döyülüb. Daha sonra bıçaqlanıb.