Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib

İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib

Tarix: 4 Avqust 2020 11:45

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, 20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub.

Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol tərtib edilərək, cərimə olunublar.


Etiketlər:  İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib


RƏYLƏR