Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 12:56
Azərbaycan zərgərlik məmulatlarının istehsalı və satışı istiqamətində MDB ölkələri ilə böyük əməkdaşlıq potensialına malikdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.
Onun sözlərinə görə, bu günədək Azərbaycan zərgərlk məmulatları deyil, yalnız qızıl şəklində xammal ixrac edirdi. O qeyd edib ki, ölkənin zərgərlik məmulatları ixracı istiqamətində marağı və böyük potensialı var.
İlin sonunadək proqnozlara gəldikdə, T.Abbasquliyev bildirib ki, zərgərlik məmulatları satışının 75-80 faizi toy mərasimlərinin hesabına baş tutur və proqnozlar bu tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ehtimalına bağlıdır:
"İlin sonunadək hazır zərgərlik məmulatlarının ixracı gözlənilmir, çünki bütün ölkələr güclü iqtisadi azalma ilə üzləşib".