Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 16:34
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq. Komandalar koronavirus pandemiyasının qurbanlarını yad edəcəklər.
Bundan əlavə, futbolçular pandemiya ilə mübarizə aparan səhiyyə işçilərinə minnətdarlıq etmək üçün "Təşəkkürlər" yazılan köynəklər geyinərək meydançaya çıxacaqlar.
Qedək ki, Avroliqa avqustun 5-də, ÇL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.