Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın futbolçu kişi klubuna transfer oldu

Qadın futbolçu kişi klubuna transfer oldu

Tarix: 5 Avqust 2020 11:38

Niderland Kral Futbol İttifaqı (KNVB) eksperiment keçirmək barədə qərar qəbul edərək qadınlara kişilərdən ibarət komandalarda oynamağa icazə verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, saytının məlumatına görə, bu yenilik aşağı liqalardan birində tətbiq ediləcək.

İlk belə futbolçu 19 yaşlı Ellen Fokkema olacaq. O, "Foarut" klubunun heyətində kişilərin yarışında oynayacaq.

Aşağı liqadakı eksperimentdən sonra belə addımın gələcək inkişafı müzakirə olunacaq. KNVB-nın inkişaf üzrə direktoru Art Lanqeler qərarı belə şərh edib: "KNVB rəngarənglik və bərabərlik tərəfindən çıxış edir. Bu, hamıya və hər kəsə aid olmalıdır. Həm də bu, yaxşı idman tapşırığıdır ki, biz də onu bağlamaq istəmirik. Buna görə eksperimentə başlayırıq. Təcrübə ideyanın necə işləyəcəyini göstərəcək. Biz klubla sıx təmasda olacaq və işlərin necə getdiyini izləyəcəyik".

Milli.Az


Etiketlər:  Qadın futbolçu kişi klubuna transfer oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ