Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 11:33
Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin deputatı Sahibə Qafarova Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində iştirak etmək üçün iyunun 23-də Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcək.
Trend-in məlumatına görə, tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən həyata keçirilir.
Toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərinin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Səfər iyunun 29-da başa çatacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin