Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Monteneqro Azərbaycan üçün sərhədləri açır

Monteneqro Azərbaycan üçün sərhədləri açır

Tarix: 6 Avqust 2020 17:12

Monteneqro avqustun 7-dən etibarən Azərbaycan üçün sərhədləri açacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin bugünkü iclasında qərar verilib.

Bir neçə gün əvvəl Monteneqro epidemioloji baxımdan təhlükəsiz ölkələrin "yaşıl siyahı"sını tərtib etmişdi. Bu siyahıya Avropa İttifaqı ölkələri ilə yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və digər ölkələrin də adları salınmışdı.

Bu ölkələrin vətəndaşları avqustun 7-dən etibarən mənfi koronavirus testi barədə arayış təqdim etməklə Monteneqroya səfər edə biləcəklər.

Milli.Az


Etiketlər:  Monteneqro Azərbaycan üçün sərhədləri açır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ