Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

Tarix: 6 Avqust 2020 22:21

Qazax Milli Universiteti nəzdində Beynəlxalq Vaksinologiya Mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, koronavirusa qarşı ilk peyvənd edilən şəxs Vaksinologiya Mərkəzinin direktoru Kaysar Tabınov olub.

Ona Avstraliyada hazırlanmış və indi klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub.

Xatırladaq ki, Qazaxıstanda koronavirus vaksininin hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır.


Etiketlər:  Qazaxıstanda dəfə koronavirus peyvəndi vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ