Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 22:26
"Fənərbaxça" ilə müqaviləsini təktərəfli ləğv edən Maks Kruzenin yeni klubu müəyyənləşib.
Qol.az xəbər verir ki, 32 yaşlı alman hücumçu karyerasını ölkəsində davam etdirəcək. O, "Union Berlin"lə müqavilə imzalayıb. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı yayıb. Berlin klubu müqavilənin şərtlərini açıqlamayıb.
Qeyd edək ki, Almaniya millisinin sabi üzvü ötən mövsüm "Fənərbaxça"da 23 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.