Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb

ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb

Tarix: 7 Avqust 2020 05:00

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 259 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 259 344 nəfər yeni koronavirusa yoluxub, 6 488 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 18 614 177, ölənlərin isə 702 642 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 981 204 yoluxma və 372 008 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 477 225, ölənlərin sayı isə 215 168 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 360 721 yoluxma və 49 572 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Etiketlər:  ÜST Dünyada koronavirusdan ölənlərin sayı nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ