Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 12:00
Prezident İlham Əliyev tərəfindən regionların inkişafı ilə bağlı verilən qərarlar bu gün regionların inkişafını təmin edən ən mühüm amildir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu gün biz azad və demokratik ölkədə yaşayırıq: "Müəyyən problem var. Cəmiyyət varsa, insanlar varsa, problem də olmalıdır. Torpaq islahatları sovetlər birliyində ilk dəfə Azərbaycanda həyata keçirildi. Bunun nəticəsində bu gün biz bol kənd təsərrüfatı məhsullarının şahidiyik. Nöqsanlar, təbii ki, var və aradan qaldırılmalıdır. Ancaq bununla yanaşı biz görülən işləri də dəyərləndirməliyik. Rayonlarda quruculuq-abadlıq işləri aparılıb, yeni müəssisələr tikilib, yeni iş yerləri yaradılıb.
Biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik. Bu gün Azərbaycan təhlükəsizlik adasıdır. Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbaycanı gözü götürməyən qüvvələr olacaq və biz birlikdə bu qüvvələrə qarşı mübarizə aparmalıyıq".