Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 16:48
Bakı. Trend:
Azərbaycan Raspublikasının rəhbərliyi, habelə höküməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Prokurorluğunun da üzvü olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin təşkilata üzv olan Avropa ölkələrinin hökümətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilmiş və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc edilmişdir.
Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilmiş operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə öz əksini tapmışdır. O cümlədən qeyd edilmişdir ki, əhaliyə göstərilmiş maddi yardım, həmçinin vətəndaşların sağlamlıqlarının qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilmiş, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilməklə istifadəyə verilmişdir.
Həmçinin, COVİD-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçirilmiş səmərəli inzibati tədbirlər də xüsusilə vurğulanmışdır.