Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Akrobatika gimnastlarımız İkinci Avropa Oyunlarında növbəti medallarını qazanıb

Akrobatika gimnastlarımız İkinci Avropa Oyunlarında növbəti medallarını qazanıb

Tarix: 22 Iyun 2019 21:04

Bakı. Trend:

İyunun 22-də II Avropa Oyunlarının akrobatika gimnastika yarışında Azərbaycan təmsilçiləri millimizin aktivinə daha bir medal yazdırıblar.

Trend-in məlumatına görə, “Minsk 2019”da balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında mübarizə aparan Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xal toplayaraq ikinci Avropa Oyunlarının bürünc medalına sahib olub.

Qızıl medalı Belarus təmsilçiləri – Artur Beliakov və Volna Melnik cütlüyü qazanıb (29,490 xal).

Xatırladaq ki, “Minsk 2019”da komandamızın aktivinə ilk medalı da Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi yazdırıblar.


Etiketlər:  Akrobatika gimnastlarımız İkinci Avropa Oyunlarında növbəti medallarını qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ